
Aprel yağışı
Bu gecə yağış yağdı,
Yenə tənha otaqda,
səni düşündüyüm vaxt.
Pəncərəmi islatdı,
qəlbimdəki əzabla,
kömürə döndüyüm vaxt.
Yağış damcılarıydı,
ya səma ağlayırdı?
Bəlkə, xəyallarıyla
qanad açan şairə
göylər yas saxlayırdı
- mayallaq aşdı deyə!?
Bəlkə, Tanrı hirsini
bu yolla göstərirdi,
eşq dəlisi insana
- eşqindən qaçdı deyə!?
Bəlkə insan sevgisi
dəyməzmiş yaşamağa!?
Dəyməzmiş daşımağa!?
Bəlkə, Rəbbi unudan,
bir şeytan köləsini,
Onunla şərik tutan
aşiqə mesajıydı!?
Ya, bəlkə də, tarixdə,
ilk dəfə olaraq O,
kövrəlmişdi bu dəmdə!?
Birinin “Məni ailəm
kimə versə gedərəm,
gözüyumulu!”deyib,
elçi gözlədiyində,
Həmin kəsi sevənin
“Mən ondan özgəsiylə
ailə qurmaram”deyə
əhd eləməsinəmi!?
Bunamı kövrəlmişdi,
qara ruhlu Kainat?
Bizə işıq göstərən,
əslində tünd olan Zat...
...Dəyişmişdi o anda,
sabahıma güman da!
Sadəcə bir həqiqət
gəlirdi göz önünə,
dərin fikrə dalanda:
Bir ümidim doğuldu...
...Və öldü Xırdalanda!
Müəllif: Rüfət Əhmədzadə (Müəllif hüquqları qorunur)
super idi Rüfət ,təşəkkür edirəm
ОтветитьУдалитьBele de ))))
ОтветитьУдалитьniyə ki ? Mənim çox xoşuma gəldi )))
ОтветитьУдалитьbeyenene de təşəkkür, bəyənməyənə də...
ОтветитьУдалить